Qəzzaya hava hücumu - YARALANANLAR VAR

İsrail təyyarələrinin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi hava zərbəsi nəticəsində dörd nəfər yaralanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşref Kudra mətbuata açıqlamasında İsrail hücumunda yaralanan insanların Şəfa Xəstəxanasında müalicə edildiyini söyləyib.

Digər tərəfdən İsrail ordusunun sözçüsü Aviçay Adraee yazılı açıqlamasında İsrail ordusunun Qəzzadakı İslam Cihadına bağlı hədəflərə hücum edildiyini açıqlayıb.

İsrail ordusunun əvvəlki açıqlamasında Qəzza zolağından İsrail tərəfinə 21 raketin atıldığı və bunlardan13-nün hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

"İslam Cihadı"nın hərbi qanadı "Qüds Seriyy" İsrailə atılan raketlərin məsuliyyətini öz üzərinə götürüb.

Bəyanatda raketlərin İsrail əsgərlərinin Qəzzanın cənub sərhədindəki divarın yaxınlığında "Qüds Seriyy" üzvünü öldürməsi və 3-ü yaralanmasının ardından atıldığı bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə