Kolumbiyada minik avtomobilinin qatarla toqquşması nəticəsində 4 nəfər ölüb

Kolumbiyanın şimalında minik avtomobili dəmir yolu keçidində qatarla toqquşub. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb. Sienaqa bələdiyyəsində (Maqdalenanın şimal departamenti) baş verən hadisə nəticəsində avtomobildə olan sürücü və 3 sərnişin ölüb. Bildirilib ki, dəmir yolu keçidindən keçməyə çalışan sürücü qatarın yaxınlaşdığını görməyib. Faktla bağlı istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə