Britaniyada koronavirusa yoluxanların ümumi sayı 13-ə yüksəlib

“Diamond Princess” kruiz gəmisindən Britaniyaya təxliyə edilən 32 nəfərdən 4-də koronavirusa yoluxma aşkarlanıb, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 13-ə yüksəlib.

SİA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş sanitar həkimi Kris Uitti bildirib.

O qeyd edib ki, gəmidən təxliyə olunan daha 4 nəfərdə testlərin nəticələri müsbət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə