İranda zəlzələdə yaralılarının sayı artır

İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb və yaralıların qəbulu davam edir. SİA-nın xəbərinə görə, məlumatına görə, bunu İranın Xoy Təcili Yardım İdarəsinin direktoru Muctaba Qomri Əsl deyib. İdarə rəsmisi yaralıların qəbulunun davam etdiyini deyib. Qomri Əsl əlavə edib ki, yaralıların əksəriyyəti evə buraxılıb. Sadəcə 6 nəfər xəstəxanalarda yatırılıb. Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib

Bütün xəbərlər Facebook səhifəmizdə