İtaliyada koronavirusdan ölənlərin sayı artdı

İtaliyada yeni növ koronavirusa yoluxma nəticəsində ikinci ölüm hadisəsi qeydə alınıb.

SİA-nın RİA "Novosti"yə istinadən məlumatına görə, ölümcül infeksiyanın qurbanı bu dəfə Lombardiya əyalətində yaşayan qadın olub.

Qeyd edək ki, fevralın 21-də Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi ölüb. Onunla birlikdə 67 yaşlı kişi də yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

İtaliyadakı tibb müəssisələrindən alınan son məlumatlara görə, hazırda 29 nəfər koronavirusa yoluxub: 27 hadisə Lombardiyada, 2 hal isə Venetoda qeydə alınıb.

Xatırladaq ki, Avropada bundan əvvəl iki ölüm faktı qeydə alınmışdı, dünyada isə bu infeksiyadan ölənlərin sayı 2300-ü ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...