Dünya ən böyük 3-cü iqtisadi böhranı yaşayır

ABŞ-ın səhmləri koronavirusun iqtisadiyyata təsiri ucatından cümə axşamından etibarən 1 faiz aşağı düşüb. SİA xəbər verir ki, ən çox ziyan "Microsoft Corp" və "Apple Inc" şirkətlərinin səhmləri zərbə alıb.

Eyni zamanda Yaponiyada fabriklərinin fəaliyyətinə son 7 il ərzində heç bir prosesin bu qədər ziyan vurmadığı açıqlanıb. Ekspertlərin fikrincə, dünya üçüncü ən böyük iqtisadi tənəzzül riski ilə üz-üzə gəlib. Koronavirusun qarşısı alınmadığı təqdirdə bu mütləq şəkildə qlobal iqtisadi böyüməyə zərbə vuracaq.

Çində hazırlanan məhsulların ixracatının dayandırılması ABŞ-ın bir çox müəssisələrinin işinə xələl yetirdiyi və istehsalı dayandırdığı məlumat verilib.

Qeyd edək ki, Çinə yaxın olan ölkələrdə - Cənubi Koreyada 100, Yaponiyada isə 80-dən çox insan koronavirusa yoluxub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə