Xarabaya dönən 4 reaktoru ilə 25 gündür ki, havaya, torpağa və okean suyuna yüksək dozada radiasiya yaymaqda davam edən "Fukuşima" atom elektrik stansiyası (AES) ilə bacara bilməyəcəyini Yaponiya gec də olsa anlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiya düşmən olaraq gördüyü Rusiyadan kömək istəyib.
Ölkənin ən iri enerji şirkəti və AES-in operatoru olan "Tokyo Electric Power" (TEPCO) dünən səhər Sakit okean sularına 11500 ton orta dərəcədə təhlükəli radiasiyalı su axıtmağa başlayıb. Şirkət öldürücü dozada radiasiyalı suyu boşalan hovuzlara toplamağa hazırlışır. Normadan 1 milyon dəfə çox radiasiyalı bu sular Rusiyadan gətiriləcək "Landaş" adlı mobil bir mərkəzdə zərərsizləşdiriləcək. Ortaölçülü quru yük gəmisinə bənzəyən "Landaş" 1993-cü ildə Yaponiyanın maliyyəsi ilə SSRİ dövründən qalan hərbi nüvə dəniz mallarının ətrafa zərər vermədən zərərsizləşdirilməsi üçün üçün hazırlanmışdı. Mobil mərkəz gün ərzində 35-70 ton radiasiyalı suyu zərərsizləşdirmək gücünə sahibdir.
Yaponiya Milli Polis Agentliyindən verilən açıqlamada ölkədə baş verən zəlzələ və sunami, həmçinin nüvə böhranı nəticəsində təxminən 12 min adamın öldüyü, 15 minin taleyinin isə hələ də məlum olmadığı qeyd edilib. 167 min 700 evin elektrikdən məhrum olduğu ölkədə ən az 200 min ev susuzluqdan əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB