Tramp və Ərdoğan arasındakı İdlib görüşü - GÜNDƏM

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İdlib probleminin həlli ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə çalışdıqlarını söyləyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Los Ancelesə səfərindən əvvəl hava limanında mətbuat nümayəndələrinin suallarını cavablandıran Tramp həftə sonu bir sual üzərinə prezident Ərdoğanla telefon danışığını qiymətləndirib. ABŞ prezidenti "güclü və sərt" lider kimi qələmə verdiyi Ərdoğanla yaxşı münasibətlərinin olduğunu bildirib.

İdlib mövzusunda ABŞ ilə Türkiyənin yaxın çalışdığını dilə gətirən Tramp "Ərdoğanla İdlib mövzusunda birlikdə çalışırıq", deyib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın isə Türkiyə və Rusiya arasında İdlib bölgəsindəki gərginliklə əlaqədar aparılan müzakirələrdə Ankaranı qane edəcək bir nəticə çıxmadığını söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə