Almaniyanın Hanau qəsəbəsində silahlı hücum nəticəsində 5 türk vətəndaş həlak olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın Almaniyadakı hücumda 5 türk vətəndaşının həlak olduğunu təsdiqləyib.
Qeyd edək ki, Almaniyanın Hanau qəsəbəsində kafeyə irqçi şəxslərin odlu silahla hücumu zamanı 9 nəfər həlak olub.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə