Ermənistanın baş naziri Paşinyan 2 yüksək rütbəli komandiri vəzifəsindən azad edib

Ermənistanın baş naziri Nikol Pashinyan, hərbi ölümlərlə bağlı gələn ağır tənqidlərə görə orduda olan iki yüksək rütbəli komandiri vəzifəsindən azad etdiyini deyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çərşənbə günü yayımlanan sərəncamla, Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryan və Kadrlar şöbəsinin müdiri Aleksan Aleksanyanın işdən azad edildiyi bildirilib.

Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən 13 əsgər sağlamlıq problemləri və intihar kimi müxtəlif səbəblərə görə ölüb. Əsgərlərin vəzifələri əsnasında ölmədikləri ifadə edilib.

Bununla birlikdə, "Zoghovurd" qəzetinin hesabatına görə, işdən çıxarılan iki yüksək rütbəli əsgərin 2018-ci ildə kütləvi etirazlardan sonra vəzifəyə başlayan Paşinyana müxalif olduğunu vurğulayıb.

Hesabatda bildirilir ki, Bağdasaryanın 2018-ci ildə etirazçılara qarşı güc tətbiq etmək niyyətində olması barədə iddiaları onun işinə xitam verilməsi ilə nəticələnib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə