İdlibdə hərbi əməliyyatlar şiddətlənib

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsinə qarşı bir əməliyyatın an məsələsi olduğunu söylədikdən dərhal sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) Əsəd rejimi qüvvələrinin olduğu bir çox nöqtələri raket və top atəşinə tutub. SİA-nın məlumatına görə, TSQ-nin Latakiya və Hamada olan rejim qüvvələrini vurduğu məlum olub.

Daha sonra Serakip və Hələbdəki rejim qüvvələri artilleriya atəşinə tutulub. Türkiyə Silahlı Qüvvələrinin İdlib ətrafında Serakibdəki rejim qüvvələrinin mövqelərinə və Hələbin Neyrab bölgəsində Əsəd rejiminin mövqelərinə raket zərbələri endirdiyi bildirilir. TSQ ilə eyni zamanda müxalif qrupların da Latakiya ətrafını vurmağa başladığını və Rusiyanın Hmeymim hərbi bazası dronlar ilə hədəf alındığı qeyd edilir.

Əsəd rejiminə bağlı olan Suriya dövlət televiziyası Əl-İhbariye bu hücum cəhdini təsdiqləyib və "Suriya hava hücumundan müdafiə qüvvələrinin Ceble şəhəri yaxınlığındakı hədəflərə qarşı düşmən hücumunu dəf etdiyini" iddia edib. Türkiyə Silahlı Qüvvələri və onu müşayiət edən qrupların Suriya ordusunun nəzarəti altında olan Hələbin şimal sahillərindəki Nubbul və Zehra qəsəbələrinə toplardan atəş açdığı bildirilir.

Digər tərəfdən, Əsəd rejiminin bombardman üçün istifadə etdiyi Hama bölgəsindəki hava hücumundan müdafiə bazasının məhv edildiyi iddia edilir. Əsəd rejiminə yaxın "əl-Masdar" nəşri Rusiyaya məxsus döyüş təyyarələrinin Türkiyə sərhədi yaxınındakı Cisr əş-Şuğura hava hücumu təşkil etdiyini yazıb. Dinc insanları vurmağa davam edən Rusiya təyyarələrinin Hələbin şimal-qərb istiqamətində Heyəti -Tahriruş- Şam qruplaşmasının nəzarəti altında olan Daret əl-İzzenin yaxınlığını da hədəfə aldığı qeyd edilir.

Digər tərəfdən, Əsəd rejiminin Cisr əş-Şuğurun İstebrak kəndindəki TSQ-nin müşahidə nöqtəsi yaxınlığında top atəşləri həyata keçirdiyi bildirilir. Müxaliflərə yaxınlığı ilə tanınan "Nida Suriya" xəbər şəbəkəsində İdlipin şimal istiqamətindəki əd-Dena qəsəbəsinin Rusiya döyüş təyyarələri və artilleriya ilə hədəfə aldığı müəyyən olunub. İdlibdə baş verən son əməiyyatlardan sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. Lavrov Rusiyanın Türkiyə ilə İdlib mövzusunda ən yüksək səviyyədə çalışmağa hazır olduqlarını bildirib. Türkiye'nin Lazkiye ve Hama'yı vurmasının ardından Rusya'dan flaş açıklama! "Liderlərimiz arasında razılaşdırılan bütün anlaşmalarının tətbiq olunmasının vacibliyini düşünürük. Türkiyə ilə İdlib məsələsində bütün səviyyələrdə çalışmağa hazırıq, buna yüksək səviyyələr də daxildir", - deyə o bəyan edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə