Almaniyada iki kafeyə silahlı hücum: - 9 ölü, çoxlu sayda yaralı

Çərşənbə günü Almaniyanın Hessen, Hanau şəhərində iki ayrı qəlyan kafesinə edilən silahlı hücum nəticəsində ən az 9 nəfər ölüb və çoxlu sayda insan yaralanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Alman polisinin bu gün səhər verdiyi açıqlamada hadisəni törətməkdə şübhəli bilinən şəxsin evində ölü tapıldığı bildirilib.

Polis şübhəli və hücumun səbəbi haqqında ətraflı məlumat verməyib, lakin cinayətkarın bir nəfər olduğu düşünülür. Xəbərdə deyilir ki, ilk hücumdan sonra şübhəli nəqliyyat vasitəsi ilə məkanı tərk edib və ikinci hücumu 2,5 kilometr uzaqlıqda olan növbəti kafedə törədib.


Təhlükəsizlik qüvvələri hadisə yerinə helikopterlər göndərib.

Hanau Bələdiyyəsinin başçısı Claus Kaminski jurnalistlərən açıqlamasında: "Dəhşətli bir hadisə yaşadıq, bizi uzun müddət məşğul edəcək hadisə. Bu gecəni kədərlə xatırlayacağıq", - deyib.

Qeyd edək ki, Hanau Frankfurk şəhərindən 20 kilometr şərqdə yüz min əhalisi olan bir şəhərdir.

Bavariya polisi də həmkarlarına dəstək üçün hadisə yerinə cəlb olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...