İranda iki nəfər koronovirusdan ölüb

İranın Qum şəhərində koronavirusdan iki nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İranın səhiyyə mənbələri xəbər veriblər. İranın Səhiyyə nazirinin müşaviri Məhəmməd-Rza Qədir ötən gün verdiyi açıqlamada Qum şəhərində iki nəfərin koronavirusdan öldüyünü bildirib.

O əlavə edib ki, ölən iki yaşlı şəxsin ilkin test nəticələri koronavirusdan xəbər versə də onların üzərində genetik analizlər də aparılacaq və koronavirusla bağlı yekun nəticələr açıqlanacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə