Litva Milli Dram Teatrının Çinə qastrolu koronavirus səbəbi ilə ləğv edilib

Litva Milli Dram Teatrının Çinə aprel ayına nəzərdə tutulan qastrolu koronavirus səbəbi ilə ləğv edilib. SİA xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Çində "Ayı" tamaşasının nümayişini planlaşdıran teatrın qastrolu biraylıq nəzərdə tutulurdu. "Litva teatrının bu tamaşa ilə Çinin beş şəhərində səkkiz dəfə çıxışı nəzərdə tutulurdu. Qastrolun ləğvi barədə qərar səfərin təşkilatçıları ilə birgə qəbul edilib", –məlumatda belə deyilir. Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı hər gün durmadan artır.

Bütün xəbərlər Facebook səhifəmizdə