ABŞ-ın ədliyyə naziri və baş prokuroru Uilyam Barr ölkə lideri Donald Trampın “Twitter” hesabında Ədliyyə Nazirliyinə aid paylaşımlarına görə istefa məsələsini nəzərdən keçirir. SİA bunu “The Washington Post” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Barr Trampın yaxınları ilə danışıq zamanı vurğulayıb ki, Ədliyyə Nazirliyinin araşdırmaları haqqında son tvitlərə görə istefa imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında güman edirlər ki, Barr Ağ Ev başçısının nazirliyin cari cinayət araşdırmalarını açıq qiymətləndirməsini qurtarmaq zərurətini anlayacağına ümid edir. "Onun öz sərhədləri var", - nəşrin mənbəyi deyib.

Çərşənbə axşamı Tramp “Twitter” paylaşımlarının Barrın işini çətinləşdirməsi ilə razılaşıb. Bu halda ABŞ prezidenti yenidən vurğulayıb ki, o nazirə tam etibar edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə