Ermənilər Paşinyandan aviabilet pulunu istəyir

ABŞ-da yaşayan ermənilər Ermənistanda keçiriləcək referenduma gəlməklə bağlı Paşinyana dəfələrlə sual ünvanladıqlarını və hələ də cavab ala bilmədiklərini bildiriblər. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ABŞ-da yaşayan Gevorq adlı erməni sözügedən saytın redaksiyasına zəng edib və baş nazirə bu barədə bir daha sual ünvanlayıb.

Qeyd olunur ki, Gevorq adlı erməni ABŞ-da yaşayan ermənilər adından danışaraq Nikol Paşinyanın xaricdə yaşayan ermənilərə 5 aprel tarixində Ermənistana gəlmək və referendumda iştirak etmək çağırışını xatırladıb. O, bu çağırış barədə danışaraq və bir daha erməni baş nazirdən soruşub ki, xaricdə yaşayan ermənilərin Ermənistana gəlməsi üçün aviabilet pulunu kim ödəyəcək?

Əslində, Gevorq telefon zəngi ilə həm erməni baş nazirinə xatırlatma edib edib, həm də ermənilər adından Paşinyandan aviabilet pulunu istəyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə