Yunanıstan hökumətindən miqrantlara bəd xəbər

Yunanıstan hökuməti adalarda miqrantlar üçün qapalı rejimli düşərgələrin inşasını dayandırıb. Buna səbəb yerli orqanların bu qərara etiraz etmələridir.

Miqrasiya işləri üzrə nazir Notis Mitarakis bildirib ki, Lesbos, Xios, Samos, Leros və Kos adalarında miqrant düşərgələrinin inşası yerli orqanlarla bütün anlaşılmazlıqları müzakirə etdikdən sonra mümkün olacaq. Düşərgələrlə bağlı digər yerlər təyin etmələri üçün yerli orqanlara bir həftə vaxt verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə