BMT mülki şəxslərin taleyindən narahatdır

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Suriyanın şimal-qərbindəki mülki əhali ilə bağlı vəziyyətdən narahatdır və yenidən mülki şəxslərin müdafiəsinə çağırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu onun bəyənatında öz əksini tapır.
"Ən həssas insanlar, yaşlılar və uşaqlar da daxil olmaqla mülki əhali hərəkət edir. Hal-hazırda hər zamankından daha böyük riskdədirlər və yaşayış yerlərinə və ya geri dönmək istədikləri ərazilərə pulsuz və təhlükəsiz qayıdacaqlarına ümid və ya zəmanət yoxdur", deyə Baçelet bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə