Əşrəf Qani prezident seçkilərində qalib gəldi

Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qani seçkilərdə səslərin son sayılması nəticəsində rəsmi olaraq qalib elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 1TV seçki komissiyasının saytına əsasən xəbər verir.

Qeyd olunur ki, bundan öncə Əfqanıstanın Şikayətlər və İddialar Komissiyası prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra təxminən 16,5 min şikayət qəbul edib.
Xatırladırıq ki, yarışda ikinci yeri tutan Abdullah Facebook-da seçkinin ilkin nəticələri ilə razılaşmadığını və səslərin yoxlanılmasını tələb etdiyini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə