Naməlum qaz sızması səbəbindən ölənlər var

Pakistanda naməlum qazdan ölənlərin sayı 14 nəfərə çatdı. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, Pakistanın Karaçi şəhərinin limanında naməlum qazdan ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əlavə, təxminən 500 nəfər xəsarət alıb ki, onlar arasında nəfəs problemlərindən şikayət edənlər xəstəxanalara müraciət ediblər.
Xatırladaq ki, Karaçi limanının ətrafında təhlükəli qaz yayılıb, amma səlahiyyətlilər bunun hansı qaz olduğunu təyin etməyiblər. Qaz sızması bir yük gəmisindən kimyəvi maddələr boşaldarkən də baş verə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə