Koronavirus üçün gözlənilən müalicə 'Plazma Terapiyası' ola bilərmi? -AKTUAL

Çində sınanan plazma müalicəsi, yeni bir növ koronavirus olan Covid-19-a yoluxan xəstələr üçün ümidverici nəticələr göstərib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir. Şanxay şəhərindəki İctimai Səhiyyə Mərkəzində qurulan özəl bir klinikada başladılan müalicədə, koronavirusa yoluxmuş xəstələrin qanından plazma virusa yoluxan xəstələrə venadaxilinə inyeksiya edilib.
Plazma terapiyasını sınayan mərkəzin həmsədri Prof. Dr. Lu Hongzhou, bu metodun xəstələrə çox təsirli ola biləcəyini və müsbət nəticələr aldıqlarını bildirib. Prof. Hongzhou'da alınan qan nümunələrində əvvəlcə hepatit A, B və C kimi digər xəstəliklərin olmadığını yoxlanıldığını qeyd edib.
Covid-19 səbəbiylə bir nəfərin öldüyü Şanxayda bu günə qədər 332 Covid-19 hadisəsi görülüb. Bu halların 184-ü Şanxay Xalq Sağlamlığı Klinik Mərkəzində müalicə edilib. Bu halların 166-da yüngül infeksiyalar müşahidə olunsa da, 18 nəfər riskdən qurtula bilməyib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Plazma Terapiyası" na dəstək

İsveçrənin Cenevrə şəhərində mətbuata açıqlama verən Dünya Səhiyyə Təşkilatının Təcili Sağlamlıq Proqramının direktoru, həkim Mayk Rayan bu metodun perspektivli olduğunu təsdiqləyib.
Plazma terapiyasının quduzluq və difteriya kimi digər virus infeksiyalarında təsirli və can qurtaran bir üsul olduğunu sübut etdiyinə diqqət çəkən Rayan, bu üsulun peyvənd və digər antivirus üsullarının olmadığı Covid-19 ilə mübarizədə sınanacağını söyləyib. Xəstəyə plazma köçürmə vaxtının əhəmiyyətinə işarə edən həkim Rayan bu üsulun hər zaman uğurlu olmayacağını da xəbərdar edib.

Müalicə və peyvənd üçün işlər nə yerdədir?

Covid-19-un hələ lisenziyalı bir müalicə və ya peyvəndi yoxdur. Dərmanların, vaksinlərin və virusa qarşı müalicənin inkişafı da aylar və hətta illər tələb edir. Çin həkimləri, digər virus infeksiyalarına qarşı hazırlanan dərmanları, eləcə də plazma terapiyasını tətbiq edirlər.
Digər tərəfdən, elm adamları iki fərqli antivirus dərmanı üçün araşdırmalarını davam etdirir. Bunlar üçün ilk nəticələr yaxın həftələrdə gözlənilir. Plazma terapiyası Şanxaydakı mərkəzdə, həmçinin virusun başladığı və minlərlə insanın yoluxduğu Uhandakı xəstəxanada sınaqdan keçirilir. Xəstəxana rəhbərliyindən burada əldə edilən nəticələrin də ürəkaçan olduğu barədə məlumatlar var.
Qeyd edək ki, Çində Covid-19 virusuna ümumi yoluxma sayı 72.436, ölənlərin ümumi sayı 1800-ü keçib. Dünyada, isə ümumi yoluxma sayı 73 mini keçib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...