Ev karantinini pozanlar cəzalandırılacaq

Ev karantinini pozanlar cəzalandırılacaq

Sinqapur səlahiyyətliləri, Çindən qayıdan vətəndaşlardan ev karantinini pozan şəxsləri cəzalandıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fevralın 18-də yerli vaxtla saat 11:59-da qüvvəyə minən yeni sərəncam, Çindən gələnlərin Sinqapura qayıtdıqdan sonra 14 gün ərzində ev karantinindən çıxması qadağan edilir. Müvafiq qərar yeni növ koronavirusun COVID-2019-un yayılması təhlükəsi səbəbindən qəbul edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə