Hind polisindən vəhşilik: müsəlman tələbələr döyüldü

Əksəriyyətini müsəlmanların təşkil etdiyi Cammu və Kəşmiri açıq hava həbsxanasına çevirən, müsəlman miqrantlara qarşı amansızlığı ilə seçilən Hindistandan yeni qalmaqallı görüntülər yayılıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu dəfə hind polisi paytaxt Dehlidəki Jamia Millia İslamia kitabxanasında mütaliə edən müsəlman tələbələrə dəyənəklə hücum edib.
Dekabr ayında "vətəndaşlıq qanunu"na qarşı etiraz aksiyaları keçirilən günlərdə baş verən bu hücum təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Xatırladaq ki, Hindistan dünyada ikinci ən böyük müsəlman əhalisi olan ölkədir. Ölkənin 1,3 milyard əhalisinin 200 milyonu müsəlmandır.
Lakin, milliyyətçi Hindistan Xalq Partiyasının lideri, anti-müsəlman bəyanatları səsləndirən baş nazir Narendra Modi demək olar ki, dini ayrı-seçkilik əməllərinə hər gün yenisini əlavə edir.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə