Sərhəddəki uşaqların Mehmetcik sevgisi ... - FOTOLAR

Hatayın Reyhanlı qəsəbəsinin sərhəd məhəllələrində yaşayan uşaqlar bölgədə xidmət edəcək əsgərləri bayraqla qarşılayıb ruh yüksəkliyi yaradırlar. SİA-nın məlumatına görə, İdlib və Hatayla sərhəddəki nöqtələrə dəstək məqsədilə göndərilən hərbi texnikanın Reyhanlı qəsəbəsinə gətirilməsi davam etdiyi bir vaxtda sərhəd məhəllələrində uşaqların türk əsgərinə böyük sevgiylə yaxınlaşması müşahidə olunur.

Demək olar ki, hər gün onlarla texnika və hərbçinin gəldiyi Oğulpınar məhəlləsində uşaqlar soyuq hava olmasına baxmayaraq əsgərlərə mənəvi dəstək olmaq üçün küçələrə çıxırlar. Əllərində bayraqlarla əsgərləri salamlayan uşaqlar onları evlərindən gətirdikləri çaya və şirniyyata qonaq edirlər. Uşaqların sevgisinə laqeyd qalmayan türk əsgəri isə onlarla xatirə fotoşəkli çəkdirərək şokolad paylayırlar. Əsgərlər hərdən uşaqların istəyini rədd etməyib onlarla oyun da oynayırlar. "Onlar üçün dua edirik", məhəllə sakinlərindən biri olan 11 yaşlı Furkan Şanverdi bir müddətdir məhəllələrindən əsgərlərin keçdiyini söyləyib. Şanverdi onları çox sevdiklərini ifadə edərək, "Əsgərlər keçdiyi zaman küçələrə çıxırıq. Əgər gözləyirlərsə evdən çay gətiririk. Allah onları qorusun və kömək olsun. Onlar üçün dua edirik" – deyə bildirib.

Əhməd Şanverdi qəsəbələrində türk əsgərini görməkdən çox məmnun olduqlarını deyib. Evindəki türk bayrağını əsgərə hədiyyə etdiyini söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə