Birləşmiş Ərəb Əmirliklərində bir ilk

Birləşmiş Ərəb Əmirliklərində ilk atom elektrik stansiyasının fəliyyəti üçün sənəd təsdiq edildi. SİA xəbər verir ki, bu elektrik stansiyası ərəb ölkələri arasında bir ilk olacaq.

Birləşmiş Ərəb Əmirliklərinin Federal Nüvə Nəzarəti İdarəsi, ərəb ölkələri arasında ilk olacaq, Koreya Elektrik Enerji Şirkəti tərəfindən inşa ediləcək elektrik stansiyasının 1 nömrəli reaktorunun fəaliyyətə keçməsi barədə icazə verildi.

Şahzadəsi Məhəmməd Zayed Nahyan bildirib ki, növbəti 50 il ərzində ehtiyaclarımızı təmin etməyə hazırlaşırıq və ən böyük gücümüz də milli istedadımızdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə