Türkiyənin Elazığ bölgəsində zəlzələ meydana gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4.2 bal gücündə olan zəlzələ yerli vaxtla 14:42 radələrində baş verib.

Zəlzələnin yerin 4.1 km dərinliyində baş verdiyi əlavə edilib. Rəsmi qurumdan verilən məlumata görə zəlzələnin nəticələri haqda hələ ki, əlavə detallar verilməyib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə