Lavrov: NATO vəziyyəti gərginləşdirir!

NATO-nun şərqə doğru irəliləmə siyasəti NATO və Rusiya arasında gərginlik yaradır. SİA xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, NATO-nun Rusiya sərhədində genişmiqyaslı təlimlər keçirmə cəhdi gözlənilməz nəticələrə səbəb ola bilər. O qeyd edib ki, bu tədbirlər qitədə "Soyuq Müharibə"ni yenidən bərpa edə bilər: "Avropa beynəlxalq münasibətlərdə özünəinamını itirməyə başlayıb. Avropa münaqişə siyasətini izləmək əvəzinə, təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət etməli və beynəlxalq müqavilələri dəstəkləməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə