Qəddafidən “2 oğul” planı

Qəddafidən “2 oğul” planı

Liviya lideri Muammar Qəddafi Qərb ölkələri qarşısında yeni bir planla çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qəddafinin oğulları Seyfülislam və Seydinin hazırladığı bu plan Qəddafinin iqtidardan getməsini, daha sonra isə 2 oğulun liderliyi ilə ölkənin demokratiyaya keçidini nəzərdə tutur.

 

Ancaq rəsmi olaraq ortaya çıxmayan plana Liviya müxalifətinin "xeyr" cavabı verdiyi bildirilir. Yunanıstanın baş naziri Andreas Papandreu isə Liviya xarici işlər nazirinin müavini Abdülati Ubeydi ilə görüşdükdən sonra Qəddafinin diplomatik bir həll axtarışında olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə