Polşa XİN rəhbəri Rusiyanı təhlükə adlandırıb

Polşanın xarici işlər naziri Yasek Çaputoviç Rusiyanı Avropa İttifaqı üçün təhdid hesab edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Çaputoviç şərq məkanının Rusiya tərəfindən təşkil edildiyini bildirib.

"Buna görə də burada əsasən qorunma haqqında danışırıq, çünki Rusiya Avropa Birliyi və bir sıra AB üzv dövlətləri üçün təhlükə yaradır: Baltikyanı ölkələr, Estoniya, Polşa, Rumıniya", - deyə Çaputoviç yekunlaşdırıb.

Nazirin sözlərinə görə, Rusiya öz milli maraqları naminə güc tətbiq edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə