Kütləvi məzarlıq aşkar olundu: 6 mindən çox cəsəd tapıldı

Mərkəzi Afrikanın Burundi Respublikasında Arxeoloji Komissiya sədrləri tərəfindən1972-ci il hadisələrini işiqlandırmaq üçün kütləvi məzərlarda qazıntı işləri aparılıb.

Arxeoloji qazıntı işləri aparılan zaman böyük qırğından qalan kütləvi məzarlarda 6 mindən çox insanın meyidi tapılıb. Komissiyasının sədri Pierre Claver Ndayicariy qazıntı işlərinə başladıqlarını və Karusi bölgəsindəki 6 kütləvi qəbirdə 6 min 32 qurbanın olduğunu və minlərlə cəsədin üzərində güllənin qalıqlarının tapıldığını qeyd edilib.

Həmçinin qurbanların şəxsiyyətini müəyyən edən paltar, eynək və dua muncuqların tapıldı da bildirilib.

Qeyd edək ki, bu günə qədər ölkədə 4 mindən çox kütləvi məzar və 142 mindən çox cəsəd aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə