Kilsəyə silahlı hücum 10 ölü var

Burkina-Fasoda səhər saatlarında bir kilsəyə silahlı hücum olub. Hücum nəticəsində 10 nəfər dünyasını dəyişib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, silahlı hücumdan sonra təcavüzkarlar kilsə pastorunu özləri ilə aparıblar.

Burkina-Fasoda fövqəladə vəziyyət rejimi 13 bölgədən 7-də tətbiq olunub. Ölkədə son 4 ildə terror təşkilatlarının həyata keçirdiyi hücumlarda 700-ə yaxın insan həyatını itirib və ən azı 270 min insan evlərindən didərgin düşüb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə