9 narkoman küçədə güllələnib -ƏFQANISTANDA

Əfqanıstanın paytaxtında evsiz və narkotik istifadəçisi olan 9 nəfər naməlum şəxslər tərəfindən güllələnib. Küçədə yatarkən güllələnən insanların məhkəmə ekspertizasından sonra narkotik istifadəçiləri olduğu müəyyən edilib. Kabil polis sözçüsü Ferdaus Faramarz, hücumun Qro dağının kənarında baş verdiyini bildirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

2.5 milyon narkotik istifadəçisi

Əfqanıstan Səhiyyə Nazirliyi qeyd edib ki, 35 milyon əhalisi olan ölkədə təxminən 2,5 milyon narkotik istifadəçisi var və 20 minə yaxın narkoman evsizdir.
Nazirliyin narkotik şöbəsinin müdir müavini doktor Şokoor Haidari narkotik istifadəsini sosial böhran kimi xarakterizə edərək bildirib ki, “Nazirlik ildə 40 min insana müdaxilə edə bilər. Sosial xidmətlərin olmaması, işsizlik və narkotikə asan giriş Əfqanıstanda narkomaniyaya yanacaqdır ".

Dünyanın ən böyük tiryək istehsalçısıdır

2002-ci ildən bəri narkotik istehsalını və ticarətini dayandırmaq üçün ABŞ-ın 8.9 milyard dollar xərcləməsinə baxmayaraq, Əfqanıstan dünyanın ən böyük tiryək istehsalçısıdır. Əfqanıstan Daxili İşlər Nazirliyi, fevral ayında Kabilin narkotik qüvvələrinin başçısı da daxil olmaqla beş yüksək səviyyəli polis məmurunun narkotik ticarəti ilə əlaqəli olduğundan şübhələndiyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə