Amerikalı aktrisa Linn Koen 86 yaşında dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə "Vanity Fair" xəbər verib.

Mərhumun ölüm səbəbi açıqlanmır, vida və dəfn mərasimi barədə bir qədər sonra məlumat veriləcək.

Qeyd edək ki, Koyen 1933-cü il 10 avqust tarixində anadan olub. "Böyük şəhərdə seks" filmində yaratdığı Maqda obrazı ona böyük şöhrət gətirib. Həmçinin o, "Qayda və qanun", "Nyu-York polisi", "Qəribə missis Meyzel" və digər filmlərdə rol alıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə