ABŞ-ın İraqdakı səfirliyinin yaxınlığına raket zərbələri endirilib

ABŞ-ın İraqdakı səfirliyinin yaxınlığına raketlər zərbələri endirilib.

SİA xəbər verir ki, bu barədə “Frans Press” ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.

Hücum zamanı diplomatik nümayəndəliyin ərazisində dərhal həyacan siqnalı səsləndirilib.

Əl-Ərəbiyyə telekanalı raketlərin “yaşıl zona”ya düşdüyünü bildirib.

Atılan raketlərin sayı və konkret olaraq hansı hədəflərə istiqamətlənməsi barədə əlavə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə