Böyük Britaniyada Denis qasırğası tüğyan edir

Siyara fırtınasından sonra indi də Denis qasırğası Böyük Britaniyada tüğyan edir.

SİA xəbər verir ki, “Easy Jet” və “Britaniya Hava Yolları” şirkətləri 350-dən çox uçuşu təxirə salıb və ya ləğv edib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yollarının da iş qrafikində dəyişikliklər olacaq.

Ölkənin Müdafiə Nazirliyi tabeliyində olan qoşun növlərinin əsgərləri daşqınlara qarşı müdafiə bəndləri qurmağa səfərbər edilib.

Əlverişsiz hava şəraiti səbəbindən Şotlandiya və Uelsdə bir çox idman yarışları təxirə salınıb.

Britaniya Hidrometeorologiya Mərkəzi ölkə ərazisində yüzlərlə daşqın xəbərdarlığı elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə