Rusiyada naməlum şəxs hamilə qadın olmaqla iki nəfəri qətlə yetirib

Rusiyanın Kalininqrad şəhərinin Mərkəzi Bazarının yaxınlığında - professor Baranov küçəsində naməlum şəxs ov tüfəngi ilə yoldan keçən insanlara atəş açıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, hadisə nəticəsində biri hamilə qadın olmaqla iki nəfər ölüb, 13 yaşlı yeniyetmə isə yaralanıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, hadisəni törədən şəxs özünə xəsarət yetirərək qəsd etmək istəyib.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət işi açılıb.

RİA Novosti-nin yaydığı məlumatda isə bildirilib ki, insanlara atəş açan həmin şəxs xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...