Türkiyənin İzmir şəhərinin Dikili rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 52 miqrant saxlanılıb. SİA xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyənləşib. Onlardan 26-sı uşaq, 11-i isə qadındır.

Həmin şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə