Qərbi Afrikada yerləşən Malidə Doqon qəbiləsinin üzvü olan terrorçuların silahlı hücumu nəticəsində 40 nəfər öldürülüb. SİA Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, Oqossaqou qəsəbəsində qətlə yetirilənlərin doqquzu əsgərlərdir.

Mali hökumətinin yaydığı məlumatda bildirilir ki, bu qırğın ötən ilin martında Fulani qəbiləsindən olan 160 nəfərin qətlə yetirilməsi ilə nəticələnmiş silahlı hücumdan sonra ikinci ən böyük faciədir. Qeyd olunub ki, qəsəbəyə hücum edən 30 nəfər sakinlərin evlərini, ərzaq ehtiyatını da yandırıb. Silahlı hücumdan sonra 28 qəsəbə sakinin də itkin düşdüyü bildirilir.

Afrikanın bu kiçik dövlətində uzun illərdir ki, Doqon və Fulani qəbilələri arasında silahlı qarşıdurma davam edir. BMT sülhməramlı qoşun kontingentinin də ərazidə yerləşdirilməsi bu qanlı münaqişənin qarşısını ala bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə