Çin ABŞ siyasətinin iç üzünü açdı

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın Yaxın Şərqdə yalnız öz maraqlarını müdafiə etdiyini açıqlayıb. SİA xəbər verir ki, nazir ABŞ-ın siyasətinin sabitliyə və təhlükəsizlə yönəlmədiyini vurğulayıb.

"Röyters" agentliyinə açıqlama verən Vanq Yi bildirib ki, ABŞ Orta Şərqi sonsuz qarışıqlıq və səfalətə sürükləyir: "ABŞ on illərdir Yaxın Şərqdə neçə müharibə başlatdı? Bu müharibələr dövlətlərə nə qədər ziyan vurdu? Yaxın Şərq xalqlarına hansı çətinlikləri yaratdı? Bütün bunlar Orta Şərqdə təhlükəsizliyimi təmin etdi? ABŞ-ın yanaşması təhlükəsizlik və sabitliyin təmin olunmasına dəstək vermir, əksinə, bölgəni sonsuz qarışıqlıq və səfalətə aparır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...