İdlibdə 100-ə yaxın İran dəstəkli torroçu öldürülüb

Suriyanın İdlib Gərginliyin Azaldılması bölgəsində Bəşər Əsəd rejimi sıralarında döyüşərkən həyatını itirən 100-ə yaxın İran dəstəkli xarici terror qruplarının cəsədi Deyrizora gətirilib.

İSİA xarici mətbuata istinadən xəbər verir ki, İdlibdə döyüşən İranın dəstəklədiyi xarici terrorçu qrupları ağır itkilər verib. Yerli mənbələrdən alınan məlumata görə, gətirilən əsgərlər arasında olan suriyalıların meyitləri Deyukorun Elbukemal bölgəsində dəfn edilib və xarici terrorçuların cənazələri İraqa göndərilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə