NASA-nın yeni araşdırması bu nəzəriyyəni alt-üst etdi

Alimlər Günəş sistemində planetlərin yaranması nəzəriyyəsini tamamilə dəyişdirən yeni açıqlama veriblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, indiyə kimi bilinənin əksinə, planetlər kosmosdakı göy cisimlərinin sürətlə bir-birinə çırpılması nəticəsində deyil, zamanla, tədricən bir yerə yığılması nəticəsində meydana gəlib.
Qeyd edək ki, NASA bu məlumatı “New Horizons” adlı kosmik gəmisini Günəş sisteminin xarici divarındakı Kuiper kəmərinə göndərməklə əldə edib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə