"Əyalətdəki pisləşən vəziyyət bizi ciddi şəkildə narahat edir" Ərdoğan

Türkiyə beynəlxalq qanunlar, BMT qətnamələri və Kəşmir sakinlərinin maraqları çərçivəsində Kəşmir probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri İmran Xanla İslamabadda keçirilən Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Türkiyə dövləti və xalqı müxtəlif təqiblərə məruz qalan Kəşmir əhalisi ilə həmrəydir. Son dövrdə atılan addımlara baxmayaraq əyalətdəki pisləşən vəziyyət bizi ciddi şəkildə narahat edir. Türkiyə, Kəşmir probleminin Pakistan və Hindistan arasındakı dialoq yolu ilə, BMT qətnamələri əsasında və Kəşmirli qardaşlarımızın gözləntilərinə uyğun həll edilməsinin tərəfdarıdır"-deyə, Ərdoğan bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə