Mafiya hesablaşması: cəsədlər 30 ildən sonra tapıldı

Rusiyanın paytaxtı Moskvada bir inşaat şirkəti tikinti üçün qazıntı işləri apararkən insan skeletləri ortaya çıxıb. Bunu görən işçilər dərhal hadisə ilə bağlı polisə zəng edərək məlumat veriblər. Hadisə yerinə gələn polislər işləri dayandıraraq ərazidə araşdırma aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, torpağın altında 3 insan skeleti var. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şəhər prokurorluğunun apardığı araşdırmalar nəticəsində cəsədlərin 90-cı illərdə rus mafiyaları arasında baş verən atışmada itkin düşmüş 3 nəfərə aid olduğu məlum olub.
Qeyd edək ki, prokurorluq skeletlərin tapıldığı ərazidə başqa cəsədlərin də ortaya çıxa biləcəyini, qazıntı işlərinin davam edəcəyini və həmin dövrdə mafiyalar arasında baş vermiş hadisələrlə bağlı iş sənədlərinə yenidən baxılacağını bildirib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə