Uşaq evində güclü yanğın: 14 uşaq ölüb

Haitidə uşaq evində güclü yanğın baş verib. Yanğın nəticəsində 14 uşaq dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğının kilsə nəzdindəki uşaq evində baş verdiyi bildirilir.

Sosial Rifah və Tədqiqatlar İnstitutunun baş direktorunun sözlərinə görə, faciənin baş verdiyi uşaq evinin fəaliyyəti qanunsuz olub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə