Cəsədlərin bəziləri iki il sonra tapıldı

Cəsədlərin bəziləri iki il sonra tapıldı

Atlantik okeanı üzərində 2009-cu ildə "Air France" şirkətinə məxsus "A-330" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən insanların bəzilərinin cəsədləri tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Radio France"a Fransanın ekologiya naziri Natali Kosuüsko-Morizet bildirib.

 

Təyyarənin bəzi qalıqlarının son 24 saat ərzində sualtı robotla aparılan axtarışlar əsasında tapıldığı bildirilib. Axtarışlarla bağlı 2009-cu ildə hazırlanan ilkin hesabatda əvvəlki versiyaların əksinə olaraq təyyarənin havada parçalanmadığı, suya bütöv halda düşdüyü qeyd edilmişdi. Eyni zamanda ilk hesabatda təyyarənin oksigen maskalarının açılmadığı bildirilmişdi.

 

Qeyd edək ki, təyyarə qəzasında 228 adam həyatını itirib. "Air France"nin 447 saylı Rio de Janeyro-Paris marşrutu üzrə hərəkət edən "A-330" tipli sərnişin təyyarəsinin qəzaya uğramasının dəqiq səbəbləri hələ də bilinmir. Qəzaya səbəb kimi təyyarədə yaranan texniki nasazlıq göstərilir. Aparılan irimiqyaslı axtarışlardan sonra təyyarənin yalnız müəyyən hissələri tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə