Meksikanı ayağa qaldıran vəhşilik -FOTOLAR

Meksika, 25 yaşlı İngrid Escamillanın əri tərəfindən vəhşicəsinə öldürülməsindən danışır. Həyat yoldaşı tərəfindən öldürülən və bədəni parçalara ayrılan qadının cəsədinin görüntüsünü yerli bir qəzetin çap etməsi ölkəni ayağa qaldırıb və küçələrdə etiraz nümayişləri başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Qan içində tutulan şübhəli, hadisə zamanı alkoqol və narkotik istifadə etdiyini bildirərək özünü müdafiə etməyə çalışıb.
Şübhəli açıqlamasında bildirib ki, İnqrid məni öldürmək istədiyini dedi. “Mən də əlindəki mətbəx bıçağını götürüb boğazını kəsdim. Dərisini ayaqlarına qədər üzdüm və daxili orqanlarını çıxartdım. Tutulmamaq üçün bədənini parçaladım"


Vəhşi qətl ölkəni ayağa qaldırıb. Yerli bir qəzetin cinayət yerindən cəsədin şəklini manşetdə çap etməsi və “Eşq tanrısının səhvi idi” başlığını yazması əhalini özündən çıxarıb və bununla da xalq meydanlara axışıb.
Meksikanın paytaxtı Mexikoda minlərlə qadın küçələrdə vəhşi cinayətə etiraz etməyə başlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...