Koronavirusa yoluxan və... - 1380 ölü

Ötən dekabr ayında Çində ölümcül koronavirus (Covid-19) səbəbi ilə 120 nəfər ölüb və dünyada itkilərin sayı ümumilikdə 1380-ə yüksəlib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bu ölümlərin 116-sı koronavirusun ilk dəfə qeydə alındığı Uhan şəhərində baş verib.

Çinin Hubei əyaləti də daxil olmaqla virusa yoluxanların sayı 50900 nəfər, dünyadakı yoluxma hallarının sayı 63 min 851 olaraq açıqlanıb. Çində cümə axşamı 242 nəfər həyatını itirib və bu sayı 24 saatda ən çox itki olaraq qeyd edilib.

Digər tərəfdən, Çinin paytaxtı Pekində cümə günündən 14 gün davam edəcək karantin müddəti başlayıb. Qeyd olunur ki, Çinin Yeni il tətili ilə əlaqədar məmləkətinə gedən vətəndaşlar karantin qaydalarına ciddi şəkildə əməl etməlidirlər, əks halda sərt cəzalar alacaqlar.

Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) dövlət kanalında verdiyi açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Kommunist Partiyası virusun yayılması ilə bağlı problemləri aradan qaldırmaq üçün daha çox səy göstərəcələrini deyib.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin Çində necə yayıldığına dair istintaq başladacaq.

Afrikadakı koronavirusdan ilk ölüm Misirdə qeydə alınıb. Səlahiyyətlilər yoluxmuş xəstənin xarici olduğunu və virus aşkarlandığı üçün xəstəxanada karantində saxlanıldığını söyləyib. Beləliklə, Çindən kənarda koronavirus səbəbindən ölənlərin sayı 4-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl ölüm faktı Filippin, Hong Kong və Yaponiyada olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...