Suriyaya 850-dən çox qaçqın qayıtdı

Gün ərzində Livan və İordaniyadan olan 850-dən çox qaçqın Suriyaya qayıdıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya ilə müharibə edən tərəflərin barışması və qaçqınların hərəkətinə nəzarət mərkəzi öz bülletenində qeyd edib.

Bülletenə görə, ötən gün 850-dən çox qaçqın xarici ölkələrdən Suriyaya qayıdıb.

"Ötən gün ərzində 859 qaçqın Suriya Ərəb Respublikasına xarici dövlətlərin ərazilərindən, o cümlədən Livandan Jaydet-Yabus, Tell-Kalah keçid məntəqələrindən 224 nəfər(67 qadın, 114 uşaq), İordaniyadan, Nəsib keçid məntəqəsindən isə 635 nəfər (191 qadın, 324 uşaq) keçib", - deyə məlumatda bildirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə