Lavrov və Çavuşoğlunun görüşü planlaşdırılır

Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu arasında görüş planlaşdırılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyində məlumat verilib.

"Belə bir görüş planlaşdırılır", Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Həmçinin qeyd edilir ki, görüş bazar günü baş tuta bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Suriyanın İdlib əyalətindəki vəziyyətin nizamlanması üçün Ankara ilə işləməyə davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə