Putin Şuranın yeni tərkibi təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Şurasının yeni tərkibini və rəyasət heyətini təsdiqləyib. SİA-nın verdiyi xəbərə görə, bu barədə fərman hüquqi portalda dərc olunub.

Şuraya üzvlüyü istintaq komitəsinin sədri Aleksandr Bastırkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Daxili İşlər Naziri Vladimir Kolokoltsev qoruyub.

Rusiya Baş Prokuroru İqor Krasnov şura və rəyasət heyətinin tərkibinə qatılıb.

Şuranın yeni üzvləri Əmək və sosial müdafiə naziri Anton Kotyakov, prezidentin köməkçisi Maksim Oreşkin, Moskva meri Sergey Sobyanin və Ədliyyə naziri Konstantin Çuyçenko olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...